Mojo.az Banner
21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |     20:32 Əhali ən çox bu ərzaqların alışına pul xərcləyir  |     20:27 Bakıda külək ağacı aşırdı  |     20:23 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı - CANLI  |     20:20 Nizamidə abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi (VİDEO)  |     20:14 Ratko Mladiç ölüb  |     20:05 Buna görə 70 manat dövlət rüsumu alınacaq  |     20:00 Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO  |     19:55 Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağına etiraz edir  |     19:48 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi  |     19:43 Şəhid anası vəfat edib  |     19:37 Azərbaycana bu iki ölkədən daha çox turist gəlir  |     19:30 Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir - VİDEO  |     19:25 4 il məzuniyyət götürmədən işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO  |    
Left Banner
Right Banner

"Neftçi"nin legionerində simptom aşkarlandı, testi neqativ çıxdı

07.12.2020 19:34 3 294
Komandada üzvləri arasında koronavirusa kütləvi yoluxma hallarına görə istirahətə buraxılan "Neftçi" yenidən məşqləri bərpa edib.

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib.

42 yaşlı mütəxəssisin sözlərinə görə, komanda 13 nəfərlə hazırlığa başlayıb: "Kollektiv mənsiz yığışıb. 13 nəfərdən 2-si qapıçıdır. Səlahət Ağayev uzun müddətdən sonra məşqə qatılıb. Halbuki zədəsi tam sağalmayıb. Təsəvvür edin, vəziyyət nə dərəcədə ağırdır".

Abasov komandada yeni yoluxma faktının aşkarlanmadığını söyləyib: "Hamısı əvvəlki oyunçulardır. Dünən Yusuf Lavalın qızdırması var idi. Dərhal testə göndərdik. Bu gün cavab gəldi. Şükürlər olsun ki, cavabı neqativ çıxdı, özü isə komandaya qoşuldu. Çox sevindik. Görün, nə vəziyyətdəyik ki, bir futbolçudan şad xəbər gələndə sanki bizə dünyanı verirlər".

Bir müddət öncə koronavirusa yoluxmuş baş məşqçi xəstəliyi ağır keçirdiyini söyləyib: "Müalicə davam edir. Evdə, təcrid olunmuşam. Özümü qorumadığım üçün simptomlar ağır oldu. İndi də əziyyətini çəkirəm. Dekabrın əvvəlində təkrar test vermişdim, təəssüf ki, müsbət çıxdı".

Qeyd edək ki, hazırda "Neftçi"də Samir Abasovla yanaşı, onun köməkçiləri Qədir Həsənov və Vəfadar Quliyev, həmçinin qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrin aktiv koronavirus xəstələridir.скачать dle 11.3
Mojo.az Banner