Mojo.az Banner
23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |     22:24 Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb  |     22:06 Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT (Video)  |     21:58 Qurban Qurbanov: "Bəhlula Çin klublarından təkliflər var"  |     21:44 Salyan sakini dəm qazından boğularaq ölüb  |     21:43 Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi  |     21:29 "Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..."  |     21:21 Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?  |     21:16 Bazar günü Bakıda 8 dərəcə isti olacaq  |     21:09 Azərbaycanla Çin arasında 5 milyardlıq ticarət dövriyyəsi  |     21:04 Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb  |     20:56 ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?  |     20:51 84 yaşında da gündəmdə: Flora Kərimovanın arxiv görüntüləri (Video)  |     20:42 Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil  |     20:35 Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Azərbaycanda karantin rejimi iki həftəlik sərtləşdirilə bilər - AÇIQLAMA

07.12.2020 17:40 1 950
Azərbaycanda karantin rejimi iki həftəlik sərtləşdirilə bilər - AÇIQLAMA
Son iki ayda Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxanların sayı gündəlik 4000-ni, ölənlərin sayı isə 40-ı keçib. Bir neçə gün öncə keçirilən operativ qərargahın brifinqində iki həftəlik qapanmaya gediləcəyi ilə bağlı açıqlama verildi. Bu qapanmanın dekabrın 15-dən qüvvədə olacağı iddia edilir.

Dekabrın 15-dən yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər:

“Təəssüf ki, gündəlik yoluxmaların sayı azalmır, əksinə yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Rəqəmlər 4300-4500 arasında dəyişir. İstənilən halda yoluxmaların sayında artım gözləniləndir. Soyuq havada bütün xəstəliklər baş qaldırır. Həmçinin xəstəliyin artması da koronavirusun aktivləşməsinə yol açır. Qarşıdan Yeni il gəlir və insanlar bir-birinin evinə gedir, bayramı birlikdə qeyd etməyə üstünlük verirlər. Düzdür, virusa görə insanlar evdən kənara çıxmamağa çalışır. Ancaq yenə də belə hallar ola bilər.

Restoranlarda da bayrama görə sıxlıq ola bilər. Hesab edirəm ki, karantin rejimini 15 gün sərtləşdirmək yaxşı olar. Amma yenə də iqtisadi tərəfləri mütləq şəkildə araşdırmalıdır.

Qapanmaya gediləndə iş yerləri bağlanılır. Ona görə də bu məqamlar da diqqətdə saxlanılmalıdır. 15 günlük qapanma yoluxanların sayının azalmasına səbəb ola bilər. Bu gün yoluxmaların sayının azalmasına ehtiyac var. Demək olar ki, xəstəxanalarda yer yoxdur”.скачать dle 11.3