Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”

26.11.2020 18:59 1 563
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Fransa Senatının Azərbaycan ərazisində qondarma “DQR” rejiminin “müstəqilliyinin” tanınmasına çağıran qətnaməsi Parisin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından çəkilməsinə dair bəyanatdır.

Bunu rusiyalı hərbi mütəxəssis, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”ya müsahibəsində deyib.

“Bu növbəti təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricinə qoydu. Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktoru və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri ilə qəbul edilib. Digər tərəfdən bu Azərbaycana qarşı açıq şəkildə dostluqdan kənar bir aksiya və təhqirdir”, - deyə Korotçenko bildirib.

“Fransa əvvəllər də tarazlığa riayət etməyib və Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik edib. İndi bu artıq Senatdakı deputat çoxluğu səviyyəsində bir daha təsdiqləndi. Hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir, siyasi nöqteyi-nəzərdən, o Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini bərpa etmək üçün son cəhdidir, lakin əslində Paris vasitəçilik missiyasından imtina edib”, -deyə rusiyalı mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, qalmaqallı sənədin qəbul edilməsi buna açıq şəkildə çağırmasına baxmayaraq, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir şəkildə təsir etməyəcək:

“Bu qətnamə Rusiyanın münaqişənin həlli zonasında olmasına heç bir təsir göstərməyəcək. Oradakı rus sülhməramlıları, yer üzündə sülhü təmin edirlər, amma fransız ordusu oranın yaxınlığında belə yoxdur.

Ümumiyyətlə, bu, sadəcə nəticəsi Parisin maraqlarına zərbə vuracaq axmaq bir hiylədir. Aydındır ki, Fransanın tərəfdaş və ya rəqib olması ilə bağlı Azərbaycan müvafiq nəticələr çıxaracaq. Fransa biznesi artıq Azərbaycanda müəyyən itkilərlə qarşılaşa bilər və milli maraqları qorumaq üçün Bakının bu cür reaksiya göstərməsinə əsaslar var”.

Son xəbərlər