İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib.

Müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunur.

Bildirilir ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc, yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 23.11.20 21:19