Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Lavrovdan Qarabağ açıqlaması: “Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur”

19.11.2020 19:29 2 178
Lavrovdan Qarabağ açıqlaması: “Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur”
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunmaq kimi göründüyü üçün təəssüfləndiyini bildirib.

Bu barədə Rusiya XİN rəhbəri RT telekanalına müsahibəsi zamanı qeyd edib.

“Son günlərdə mənim amerikalı və fransalı həmkarlarımla əlaqələrimdə, eynilə Dağlıq Qarabağ mövzusunda prezident Makronun prezident Putinlə əlaqələrində olduğu kimi açıq şəkildə qürurlarına toxunulduğu hiss olunur. Bu kədərlidir”, - deyə S.Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, artıq son günlərdə iki dəfə fransalı həmkarı Jan-İv Lö Drianla danışıb.

“İnsanların öldürülməməsi, evlərini tərk etməməsi, qaçqın və köçkünlərin sayının on minlərlə olmaması üçün narahatlığımızı izah etməyə çalışdım. Söhbətin dəqiqələrdən getdiyi bir vaxtda (hər dəqiqənin insan həyatı baxımından dəyəri var idi) Vaşinqtona, Parisə zəng etmək, bu və ya digər üsulu dəstəkləyəcəklərini öyrənmək... Bu cür iradları irəli sürmək sadə insan əxlaqı nöqteyi-nəzərindən düzgün və etik deyil”, - deyə S.Lavrov bildirib.

Son xəbərlər