Xaçmazda şəhid ailələri ilə görüş keçirildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |    

Xaçmazda şəhid ailələri ilə görüş keçirildi - FOTO

Şuşa şəhərinin işğaldan azad olunması və Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə Xaçmaz Rayon Polis Şöbəsində şəhid ailələri ilə görüş keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı polis polkovnik-leytenantı Həmid Həsənov şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcu olduğunu diqqətə çatdırıb.

1988-ci il hadisələrindən sonra Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından fəxrlə danışan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib.

Qeyd olunub ki, cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, kəndlərin, qəsəbələrin, strateji yüksəkliklərin və noyabr ayının 8-də Azərbaycanın musiqi beşiyi, Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsi idi.

Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan möhtərəm Prezidentimiz güclü iradə nümayiş etdirdi. Əsl tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu.

Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və onların əziz xatirələrinin hələ bundan sonra yüz illər boyu yaşayacağına inamını ifadə edib.

Politoloq Ağacan Məmmədov bu tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıb.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 11.11.20 14:37