Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan: “Ukrayna ilə birgə terror təşkilatlarına qarşı mübarizəmizi artıracağıq”

16.10.2020 23:56 2 547
Ərdoğan: “Ukrayna ilə birgə terror təşkilatlarına qarşı mübarizəmizi artıracağıq”
"Bu gün Türkiyə və Ukrayna arasında əməkdaşlığımıza dair həm təkbətək, həm də heyətlərarası önəmli görüşümüz oldu. Xüsusilə, FETÖ və digər terror təşkilatlarına qarşı birgə mübarizəmizi artırmaq istiqamətində razılığa gəldik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə İstanbulda görüşdükdən sonra keçirilən mətbuat konfransında belə deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynanı regionda sülh, rifah və təhlükəsizliyin təminində açar ölkə olaraq görür.

Türkiyə Prezidenti Ukraynanın ərazi bütövlüyünü Krım daxil hər zaman dəstəklədiklərini vurğulayıb: "Türkiyə Krımın qanunsuz işğalını tanımır, Krım türklərinə Ukraynanın yüksək dairələri ilə birgə dəstəyimiz davam edəcək”.

"Heç bir virus aramızdakı dostluğa əngəl ola bilməz” deyən V.Zelenski isə Türkiyə ilə Ukrayna arasında strateji, eləcə də qarşılıqlı maraqların olduğu bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib: "BMT-nin 75-ci dönəm çərçivəsində işğal altındakı Krımda insan haqlarının müdafiəsini təmin etmək üçün yaxın əməkdaşlıq edəcəyik. Türkiyəni krımlıların hüquqlarını qorumaq üçün Krım layihəsinə dəvət etdim. Bu layihəni dəstəklədiyiniz üçün minnətdaram. Bu gün biz Donbasdakı çətin vəziyyəti müzakirə etdik. Böhranı aradan qaldırmaq və sülhü bərqərar etmək üçün yeganə yolun diplomatik danışıqlar olduğu qərarına gəldik”.

///APA

Son xəbərlər