Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi

16.10.2020 23:43 1 860
Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi
Almaniyanın Köln şəhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən icazəli aksiya təşkil edilib. Şəhərin “Roncalliplatz” meydanı adlanan ərazisində baş tutan aksiyada azərbaycanlı icmasının Köln şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak edib.

Bununla bağlı Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhəri və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması, humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq ermənilərin daha da azğınlaşaraq riyakar siyasət həyata keçirməsi kəskin şəkildə pislənilib. Mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki infrastrukturun dağıdılmasına kəskin etiraz bildirilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora “Yox” deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəklədiklərini bildirib, beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması üçün ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.

Son xəbərlər