Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Sürixdə Gəncə və Bərdə terroruna etiraz edilib - FOTO

31.10.2020 15:45 1 554
Sürixdə Gəncə və Bərdə terroruna etiraz edilib - FOTO
İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı icazəli etiraz aksiyası keçirib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib.

Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də, digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən bir ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə yaşayan 91 mülki şəxsin, o cümlədən, uşaqların qətlə yetirilməsi insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir.

Azərbaycanın dövlət himninin oxunduğu aksiyada erməni vandalizmini əks etdirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və başqa şüarlar səsləndiriblər.







Son xəbərlər