Mojo.az Banner
11:57 85 min manatlıq dələduzluq işi üzrə məhkəmə qərarı: Təqsirləndirilən şəxs öldü  |     11:27 Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edildi  |     11:23 Sumqayıtda dəhşətli yanğın: Evdən kişinin meyiti tapıldı  |     11:18 Tayvanda güclü zəlzələ oldu  |     11:14 Bakıda çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU  |     23:01 Ermənistan AES-in istismar müddətini uzadır  |     22:53 Qurban Qurbanov xanımı və qızı ilə - Video  |     22:47 Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA  |     22:40 Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI  |     22:35 Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?  |     22:26 Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb  |     22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |     21:57 Rusiyada "WhatsApp" tamamilə bloklandı  |     21:47 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi  |     21:36 Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |    
Left Banner
Right Banner

Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər? - AÇIQLAMA

16.10.2020 14:13 1 395
Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər? - AÇIQLAMA
“Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir:

“TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına ödənişsiz aparılır. Təbii ki, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyəti yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik”.

TƏBİB rəsmisi peyvəndlərdən də danışıb.

O bildirib ki, Rusiyada istehsal edilən peyvənd də əldə edilə biləcək namizədlər sırasındadır.

“Hələ peyvəndlərin heç biri 100 faiz qiymətləndirmədən keçməyib. Peyvəndlərin müsbət qiymətləndirilməsi aparılır. ÜST tam təsdiq edərsə ki, peyvəndlərdən hansısa tam təhlükəsizdir, o zaman həmin peyvəndin istifadəsinə başlanıla bilər. Azərbaycan da həmin peyvəndləri alacaq ölkələrin siyahısındadır”.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner