Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Professor: "Soyuqlar başlayanda bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir" - XƏBƏRDARLIQ!

13.10.2020 23:31 3 147
Professor:
"Payız və qış aylarında artıq soyuqlar başlayır və bu zaman bütün respirator infeksiyaların, o cümlədən COVID-19 virusunun aktivləşməsi gözləniləndir".

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib. Onun sözlərinə görə, qadağaların aradan qaldırılması, məktəblərin açılması təmasların sayını artırır: "Hələ ki, yoluxma böyük sürətlə artmır. Qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər. Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz".

A. Qurbanov bildirib ki, insanlar gigiyena qaydalarına ciddi əməl etməlidirlər: "Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır".

Mütəxəssis qeyd edib ki, Azərbaycanda qadağalar ləğv olunsa da, bəzi qaydalar hələ də qüvvədədir: "Amma insanlar sanki hazırda karantin rejiminin qüvvədə olduğunu, bəzi qaydaların olduğunu unudurlar. Artıq insanlar arxayınlaşdılar, eyni zamanda təmaslar artdı. Nəticədə yoluxma sayları da artdı".

Onun sözlərinə görə, bugünkü yoluxma sayı son dərəcə narahatedici hal deyil, amma daha çox artım olarsa, bu bizi narahat edə bilər: "Buna görə də insanlar lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasın. İnsanlar çox diqqətli olmalıdır".

Son xəbərlər