XİN: “Almaniya Xarici İşlər nazirinin Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması təəssüf doğurur” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |    

XİN: “Almaniya Xarici İşlər nazirinin Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması təəssüf doğurur”

Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik qeyd edir ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir. Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” - deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir.

“Almaniyanın da üzvü olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməyib.

Təəssüflə onu da qeyd edək ki, ATƏT-in və Minsk Qrupunun üzvü kimi Azərbaycanın dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməyib.

Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunub. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.

Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət olunmalıdır. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər.

Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir.

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir.

İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik.

Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            818 08.10.20 13:55