Mojo.az Banner
22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |     20:16 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     19:30 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi  |     19:24 Yanvarın 21-22-si ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ  |     19:18 Ən intellektual 3 BÜRC  |     18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |     18:26 Əliyar Ağayev Avroluqa oyununa təyinat aldı  |    
Left Banner
Right Banner

İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK

26.09.2020 15:52 933
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK
Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişiklik barədə dərc etdiyi məlumatda qeyd olunub.

Belə ki, bu işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönələn addımdır.

İşsizlikdən sığorta ödənişi üçün müraciət etmək istəyən şəxslərin ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçməsi tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

İşsizlik sığorta ödənişləri iki halda təyin edilir:

- Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı bir il sığorta stajı olduqda,

- Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.

İşsizlikdən sığorta ödənişinin hesablanması qaydası isə aşağıdakı şəkildə aparılır:

-Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində,

-Əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün isə işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay sonra - minimum aylıq əməkhaqqı məbləğində üç ay müddətində ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.скачать dle 11.3