Mojo.az Banner
23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |     22:06 Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"  |     21:58 Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?  |     21:50 Ucardakı qəzada ölən müəllimin FOTOsu  |     21:44 İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq - RƏSMİ  |     21:37 Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı  |     21:28 Xarkov yenidən vuruldu, ciddi zərər dəydi  |     21:22 Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı - Video  |     21:17 Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var  |     21:11 UEFA milyonlar itirdi  |     21:03 Qırmızı diplomlar tarixə qovuşur?  |     20:57 30 yaşlı kişi toyda bıçaqlandı  |    
Left Banner
Right Banner

Ölkədə 227 min abonentin su sayğacı yoxdur - RƏSMİ

26.09.2020 15:39 900
Ölkədə 227 min abonentin su sayğacı yoxdur - RƏSMİ
Hazırda “Azərsu” ASC-nin 1 milyon 523 min əhali abonentinin 227 mini sayğacla təmin olunmayıb.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planında bu illər ərzində bütün abonentlərin 100 faiz su sayğacları ilə təmin edilməsi tapşırığı verilib:

“Abonent bazasının məlumatlarına əsasən 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayğacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayğaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bununla bağlı hökumətə müraciət edilib. Eyni zamanda bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”.скачать dle 11.3