Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

BDU professorun universitetə buraxılmaması ilə bağlı açıqlama yaydı

19.09.2020 21:50 1 725
BDU professorun universitetə buraxılmaması ilə bağlı açıqlama yaydı
Bakı Dövlət Universiteti (BDU) ali təhsil müəssisəsinin Jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədlinin universitetə buraxılmaması ilə bağlı məlumatlara aydınlıq gətirib.

BDU-dan "Report"a daxil olan məlumatda bildirilib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq cari ilin 3 mart tarixindən bütün təhsil müəssisələrində, o cümlədən BDU-da tədris və təlim-tərbiyə prosesi dayandırılıb, tədris məsafədən (distant formada) təşkil edilib:

"Yay imtahan sessiyası dövründə, qanunvericiliyə uyğun olaraq, yalnız onlayn imtahan sessiyasının təşkili məqsədilə məhdud sayda əməkdaş işə cəlb olunub. Bakı Dövlət Universitetində xüsusi karantin rejiminin tələblərinə hər zaman ciddi əməl olunub, əməkdaşların təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülüb və görülməkdə davam edir. Hazırda əyani formada tədris və təlim-tərbiyə prosesinin təşkili üçün bütün tələblərin yerinə yetirilməsi istiqamətində vacib işlər görülür".

Qeyd olunub ki, təhsil müəssisələrində tədrisin distant təşkili hal-hazıra qədər davam edir:

"2020/2021-ci tərdis ilində tədrisin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilib, Azərbaycan Respublikasının Təhsil naziri bu barədə 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli müvafiq əmr imzalayıb. Göstərilən Qaydanın 4.2.1-ci bəndinə görə, əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqdır. BDU-nun rəhbərliyi bütün struktur bölmələrinə yaşı 65-dən yuxarı olan hörmətli pedaqoqlarımıza ehtiyac yarandığı təqdirdə lazımi texniki dəstəyin göstərilməsi, eyni zamanda ehtiyac olarsa dərslərini daha gənc pedaqoqların əvəz etməsi barədə tapşırıq verib".


Məlumatda vurğulanıb ki, ölkəmizin 101 yaşlı ali təhsil müəssisəsi olan BDU hər zaman qocaman, ağsaqqal pedaqoqlarına hörmətlə yanaşıb, onların öz zəngin təcrübələrini, biliklərini tələbələrə, gənc pedaqoqlara çatdırmaları üçün bütün şəraiti yaradıb:

"Təsadüfi deyil ki, Universitet üzrə qərarların qəbul edilməsində BDU-nun Ağsaqqallar Şurasının rəyinə, ustad pedaqoqların məsləhətlərinə böyük önəm verilir. Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” ustad jurnalistə “sayğısızlıq” deyil, qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sı kimi qəbul edilməlidir. Professor Nəsir Əhmədli BDU-nun ağsaqqal, təcrübəli və ustad professorlarındandır. Bu gün də həvəslə peşəkar jurnalist kadrların hazırlanmasında əvəzsiz rol oynayır. Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində ustad müəllim kimi mübarizə aparır. Bu yorulmaz elmi və pedaqoji fəaliyyətinə görə ötən il BDU-nun 100 illik yubileyi münasibətilə “3-cü dərəcəli Əmək Ordeni” və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Bir daha bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, sensasiya xatirinə əsassız informasiyalar yayıb, Universitetdə aparılan islahatlara, görülən işlərə kölgə salmasınlar. Professor Nəsir Əhmədlinin öz sosial şəbəkə hesabında qeyd etdiyi kövrək duyğularını bu cür yozmaq qəbuledilən deyil".

Qeyd edək ki, Professir Nəsir Əhmədli kafedradakı kompüterindən onlayn dərs keçmək üçün BDU-ya getdiyini, amma mühafizəçinin onu universitetə buraxmadığı barədə məlumat yayıb.

Professor 55 il mütəmadi olaraq gedib-gəldiyi təhsil müəssisəsinə buraxılmadığı üçün təsirləndiyini bildirib.
скачать dle 11.3
Mojo.az Banner