Mojo.az Banner
14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

12.09.2020 18:03 2 430
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi
“Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” təsdiq edilib.

Bununla bağlı Təhsil Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Bu təlimat xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyir.

Təlimatda ali və orta ixtisas təhsili müəssisələrində əyani və qiyabi təhsilalma formalarında tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili məsələlərinə izahat verilib. Sənəddə tədrisin növbəli təşkilinə, əyani və distant dərslərin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Belə ki, təlimata əsasən tədrisin distant təşkili zamanı nəzəri fənlərin tədrisinə üstünlük verilməsi, bu məqsədlə uyğunlaşdırılmış tədris planlarının tətbiq edilməsi nəsərdə tutulur. Təlimatda tədris distant formada təşkil olunan zaman istifadə olunan proqram təminatına dair da tələblər müəyyənləşdirilib.

Qeyd edək ki, Təlimata əsasən tədrisin distant təşkili zamanı cari və aralıq qiymətləndirmənin aparılması qaydası, eləcə də imtahan sessiyasının təşkili və dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən ediləcək.скачать dle 11.3
Mojo.az Banner