Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Yol Polisindən kuryer xidməti ilə məşğul olan motosikletçilərə XƏBƏRDARLIQ

17.09.2020 18:46 1 824
Yol Polisindən kuryer xidməti ilə məşğul olan motosikletçilərə XƏBƏRDARLIQ
Son günlər kuryer xidməti ilə məşğul olan şirkətlərdə çalışan sürücülər motosikleti olduqca kobud şəkildə idarə edirlər. Bu səbəbdən qeydə alınan qəzalarla bağlı rəqəmlər və videogörüntülər var.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, kuryer xidməti göstərən motosiklet sürücüləri məhəlləarası yollarda da ehtiyatsız davranırlar:

“Mühərrikin işçi həcmi 50 sm³-ə qədər olan motosikletləri (mexaniki nəqliyyat vasitələrini) idarəetmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Yaşı 18-dən yuxarı olan, hüquqi və fiziki işlə məşğul olan şəxslər bu motosikletlərdən istifadə edə bilir.

Dünyanın inkişaf etmiş ölkələrində bu qaydalar tətbiq edilir. Lakin, ölkəmizdə bu cür motosikleti idarə edən sürücülərimiz yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqdan belə çəkinmirlər. Baş verən yol qəzalarının ağırlıq dərəcələrini nəzərə alaraq, bildirirəm ki, onlar barəsində tədbir görülməlidir”.

V.Əsədov onu da əlavə edib ki, bu gün mühərrikin işçi həcmi 50 sm³-dən çox olmayan 30-dan artıq moped, motosiklet cərimə meydançasındadır:

“Eyni zamanda motosikletlərlə törədilən 18 yol qəza hadisəsi baş verib ki, onlardan da səkkizi ölümlə nəticələnib. Bu kifayət qədər ciddi rəqəmdir. Motosiklet getdiyi yolda sürüşərək dirəyə çırpılıb, sürücü ölüb. Eyni zamanda, qəzalar arasında motosikletin maşına çırpılması, piyadanı vurması ilə bağlı faktlar da var. Bütün bunların görüntüləri mövcuddur və araşdırmalar aparılıb.

Kuryer xidməti göstərən şirkətlərdən xahiş edirik ki, motosiklet sürücülərinə yol hərəkəti qaydalarına riayət etmələrini tapşırsınlar. Digər hərəkət iştirakçılarına mane olacaq davranışlara yol vermək olmaz”.

Son xəbərlər