Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

DYP: “Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur”

18.03.2021 15:20 927
DYP: “Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur”
Həftəsonu Bakıda nəqliyyat işləmədiyindən qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar müşahidə olunmaqdadır. Bu mövzuda vətəndaşları diqqətli olmağa çağırırıq. Nəzərə almaq lazımdır ki, hər sükan arxasına keçən şəxsə peşəkar sürücü demək olmaz.

Bunu oxu.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, Dövlət Yol Polisinin çağırış etməkdə məqsədi paytaxt sakinlərinin təhlükəsizliyini təmin etməkdir:

“Həftəsonu ictimai nəqliyyat işləmədiyi üçün insanlar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətlərində qanunsuz sərnişin daşıma ilə məşğul olan mikroavtobuslardan istifadə edirlər. Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək yer və saat təyin edir. Daha sonra ara küçələrlə hərəkət edərək Sumqayıta, eləcə də digər ərazilərə qanunsuz sərnişin daşıyırlar.

Polisin məqsədi baş verəbiləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Sərnişinlər nəzərə almalıdır ki, hər maşını olan, hər sükan arxasına keçən peşəkar sürücü deyil. Onların ünvan başına təhlükəsiz şəkildə çatması sual altındadır. Odur ki, bayram günlərində yol-nəqliyyat hadisələrinin qurbanı olmamaq üçün hər kəsi diqqətli olmağa çağırırıq. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyətinin heç sürücülük vəsiqələri də yoxdur. Onların məqsədi sadəcə gəlir əldə etməkdir. Amma sərnişinlərin təhlükəsizliyi də nəzərə alınmalıdır. Odur ki, hər sərnişindaşıma mikroavtobuslarından istifadə etmək də tövsiyə edilmir”.

V.Əsədov onu da əlavə edib ki, Bakı üzrə qeydə alınan yol-nəqliyyat hadisələri zamanı sükan arxasında təcrübəsiz sürücülərin olması üstünlük təşkil edir:

“Bakı üzrə aparılan araşdırmalarda qeydə alınan qəzaların əksəriyyətinə 21-26 yaşlı sürücülərin səbəb olduğu müəyyən olunub. Onlar qanunsuz və gizli sərnişindaşıma ilə məşğul olduqları üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar. Dövlət Yol Polisi əməkdaşları avtomobili təhlükəli sürən sürücülər barəsində qanuna uyğun olaraq tədbirlər görür. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırırıq. Bu kimi halların qarşısını almaq məqsədilə paytaxtın "20 Yanvar" dairəsi adlandırılan ərazisində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür”.
скачать dle 11.3
Mojo.az Banner