Koronavirusa təkrar yoluxmanın səbəbi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |    

Koronavirusa təkrar yoluxmanın səbəbi açıqlandı

ABŞ-ın Massaçusets ştatında yerləşən ümumi profil üzrə xəstəxananın alimləri sübut ediblər ki, COVID-19 xəstəsi olan insanların orqanizmində sitokinlərin yüksək miqdarı SARS-CoV-2-yə qarşı davamlı immunitetin inkişafının qarşısını alır.

Alimlərin yazdığı məqalə “Cell” jurnalında dərc edilib.

Təhqiqatçılar COVID-19-dan vəfat edən şəxslərin dalağını və limfa düyünlərini araşdırarkən məlum olub ki, bu orqanlarda davamlı immun reaksiyasının ayrılmaz hissəsi olan hermenativ mərkəzlər mövcud deyil.

Onlarda anticisim istehsal edən B-hüceyrələri yetişir. Bu hüceyrələr immun yaddaşının uzunömürlü hüceyrələrinə çevrilir. B-hüceyrələri sayəsində orqanizm yenidən yoluxduğu təqdirdə patogeni tez və effektiv şəkildə müəyyənləşdirərək ona hücum edir.

COVID-19-un ağır mərhələsi zamanı köməkçi hüceyrələrin meydana gəlmədiyi məlum olub. Bu, immunitet reaksiyasında iştirak edən sitokinlərin- siqnal molekullarının çox olması ilə əlaqədardır. COVID-19-un ağır hallarında adətən herminativ mərkəzlərin meydana gəldiyi yerlərdə çox miqdarda sitokin TNF aşkar edilib.

Bu o deməkdir ki, anticisimlər insanları nisbətən qısa müddət ərzində qoruya bilsələr də, bəzi sağalmış insanlar bir neçə aydan sonra yenidən və bir neçə dəfə SARS-CoV-2-yə yoluxa bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 002 21.08.20 22:36