Mojo.az Banner
23:00 Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü  |     22:51 BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub  |     22:42 Maşınını təmir edərkən xəstəxanalıq oldu  |     22:32 Azərbaycan içki ixracını 10%-dən çox artırıb  |     22:19 Ötən gün 8 kq-dan çox narkotik vasitə aşkarlanıb  |     22:11 Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi  |     21:49 Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanacaq  |     21:40 Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:30 "Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük" - Ərdoğan  |     21:04 Antuan Qrizman komandasını dəyişdi  |     20:44 Filippində fövqəladə vəziyyət rejimi elan edildi  |     20:27 İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama  |     20:26 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  |     20:04 Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?  |     19:49 Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır  |     19:41 "QatarEnergy" fors-major elan etdi  |     19:36 XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki  |     19:35 Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN - Video  |     19:25 İsrail İrana 3 mindən çox zərbə endirib  |     19:17 Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  |    
Left Banner
Right Banner

Restoranlar gələn həftədən açılsa... - İctimai iaşə sektoru yeni həyat tərzinə keçir

11.08.2020 15:50 2 517
Restoranlar gələn həftədən açılsa... - İctimai iaşə sektoru yeni həyat tərzinə keçir
Azərbaycanda koronavirusa yoluxma statistikasının aşağı düşməsi və pandemiyanın nisbətən zəifləməsi karantin rejiminin tələblərində müəyyən dəyişikliklər edilməsinə imkan verib. Bu dəyişikliklər, həmçinin, ictimai-iaşə obyektlərinin və iri ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlıdır. Hazırda restoran və kafelərin fəaliyyətinin bərpası üçün hazırlıq görülür.
Dünyada restoran sektorunun yeni mənzərəsi...

Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, koronavirus pandemiyasının ən çox təsir etdiyi sektorlar arasında restoranlar ilk yerləri tutur. Karantin rejiminin tələblərinin yumşaldılması belə obyektlərin fəaliyyətinə imkan versə də, onların iş prinsipi artıq əvvəlki kimi olmayacaq. Dünya ölkələrində restoran sektorunda karantin rejimindən sonra bir sıra yeni prinsiplər formalaşıb.

Yeni qaydalara görə, restoranlar yeni dönəmdə tutumundan 50 faizə qədər az müştəriyə xidmət göstərəcək. Yeni tələblərə restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və onların içəri maska ilə daxil olması, masalar arasında məsafənin 2 metr müəyyən edilməsi, girişdə əllərin dezinfeksiya edilməsi üçün antiseptik məhlulların yerləşdirilməsi və s. daxildir.

Masalara gəlincə, burada ümumi istifadə üçün nəzərdə tutulmuş məhsulları bir çox ölkələrdə görməyəcəyik. Bundan sonra masalarda müştərilər üçün nəzərdə tutulmuş qida əlavələri (duz, şəkər, istiot və s.) birdəfəlik qablaşdırılmada təqdim olunacaq. Masada görməyə adət etdiyimiz məhsulları antiseptik məhlullar və birdəfəlik istifadə üçün antiseptik salfetlər əvəz edəcək.

Restoranların fəaliyyətində “take away” və “evlərə sifariş” xidməti ön plana keçir. Sərt karantin rejimində əvvəllər sifariş xidməti göstərməyən restoranlar tərəfindən də bu xidmətlər göstərilməyə başlayıb.



Yeri gəlmişkən, elektron xidmətlərin restoranların xidmət prosesində ön plana keçdiyi müşahidə olunur. Ofisiantların sifarişləri masaya yaxınlaşmadan, onlayn qaydada ala bilməsi üçün bəzi restoranlarda elektron menyular təklif edilir. Bəzi restoranlarda isə “self- service” metodu tətbiq olunur, yəni müştəri sifarişi onlayn qaydada restoranın mətbəxinə ötürür və sifariş hazır olduqda özü vitrinə yaxınlaşaraq onu əldə edir.
Yeni dönəm restoranların menyusuna da təsir edib. Məsələn, otel və restoranlarda paket halında hazırlanması çətin olan yemək növləri menyudan çıxarılıb. Səhər yeməyi üçün təklif olunan qidalar birdəfəlik paketlərdə təklif edilir. Bundan başqa, otellərdə və restoranlarda açıq bufetlərin aradan qaldırılması müşahidə olunur.


Restoranlar üçün ölkəmizdə hansı tələblər var?

Azərbaycanda pandemiya dövründə ictimai iaşə müəssisələrinin fəaliyyəti Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına uyğun qaydada tənzimlənir. Qərara əsasən, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Ona görə ki, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsiri var.

Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar tərəfindən keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək və onların adı ictimaiyyətə açıqlanacaq.

Hazırda restoranlar və müştərilər üçün həssas bir dönəmdir və burada ən əsas gözlənti təmizlik tələblərinə nə dərəcədə riayət edilməsidir. Buna görə də müştərilər ofisiantlardan tutmuş aşpaza qədər personalın gigiyenik tələblərə riayət edən və bütövlükdə xidmət təmizliyinə zəmanət verə bilən restoranlara üz tutacaqlar. Gigiyenik tələblərə riayət olunması restoranda çalışan işçilərinin sağlamlığı, obyektin nüfuzu və müştəri məmnuniyyəti üçün vacib amildir.

Yeni həyat tərzinin spesifik xüsusiyyətlərindən biri gigiyenik tələblərin biznesə təsiridir. Bu tələblərə cavab verən iaşə obyektləri fəaliyyətinin sürətlə bərpasına nail ola biləcək və gəlirlərini yenidən qazanmaq imkanı əldə edəcək. Bütün bu tələblərin qarşılanması üçün isə ölkəmizdə hərtərəfli resurslar mövcuddur. Belə ki, istehlak bazarında kifayət qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Dövlət tərəfindən onların qiymətinin tənzimlənməsi və qiymət artımının qarşısının alınması üçün nəzarət həyata keçirilir.



Bu sahədə hüquqi resurslar da yaradılıb və qanunvericilik sahibkarlara bir sıra güzəştlər verib. Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər qanunvericilik çərçivəsində görülmüş tədbirlərdir.

Könlü balıq istəyənin... qaydalara riayət etməsi mütləqdir

Artıq yay fəslinin son ayını yaşayırıq. Builki yay əvvəlkilərdən olduqca fərqli keçdi. Çimərlik, balıq evlərində yay axşamları, dənizkənarı əyləncələr insanlar üçün arzu olaraq qaldı. Açıq hava məkanlarında istirahət etmək və mövsümün son ayını uyğun şəkildə keçirmək insanların məsuliyyətinə bağlıdır. Yəni könlü balıq istəyən yeni həyat tərzinə uyğun davranış sərgiləməlidir.

Açıq hava məkanlarında yoluxma riskinin az olması onların fəaliyyətinə imkan verə bilər - lakin qaydalara riayət etmək şərtilə. Sərt karantin rejiminin yumşaldılması, sahibkarlarla yanaşı, istehlakçıların da məsuliyyətinin artırılması deməkdir. Hər kəs bu çətin dövrdə tətbiq edilmiş qaydalara ciddi əməl etməlidir. Qaydalar isə çox sadədir: maska taxmaq, məsafə saxlamaq və təmizliyə riayət etmək.

Hələlik koronavirusun nə vaxt bitəcəyi məlum deyil. Buna görə də bütün ölkələr koronavirusun olduğu dönəmdə də aktiv həyat tərzinin təmin edilməsi üçün müəyyən qaydalar tətbiq edirlər. Bu qaydalar yeni həyat tərzini təlqin edir. Sərhədlərdən asılı olmayaraq, hər birimizin üzərinə düşən isə gündəlik yaşamımızı yeni həyat tərzinə uyğunlaşdırmaqdır...скачать dle 11.3
Mojo.az Banner