Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni avtobus xətləri işə düşür - Gediş haqqı 30-50 qəpik olacaq

05.08.2020 14:05 3 971
Bakıda yeni avtobus xətləri işə düşür - Gediş haqqı 30-50 qəpik olacaq
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olmaqla müəyyən edilib. Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq. M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M 10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.

Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

Yeni ekspres xətlərin təşkilinin müsbət tərəfləri

1. Pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq;

2. Şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi;

3. Yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması;

4. Avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili;

5. Sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması;

6. Daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi;

7. Sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması;

8. Əhalinin mobillilik imkanlarının artırılması;

9. Avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi.

Yeni ekspres xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.

Həmçinin bildiririk ki, yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir.

Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır.

Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlərimiz davam edir.

Eyni zamanda sürücülərdən bu zolağın tələbinə mütləq qaydada əməl etmələrini tövsiyə edirik.

Son xəbərlər