Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İyulun 20-dən sonra xüsusi karantin rejimi uzadılacaq? - KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

15.07.2020 19:30 2 116
İyulun 20-dən sonra xüsusi karantin rejimi uzadılacaq? - KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA
"Dünənki nümayiş olmasaydı, bəlkə də karantin rejimi götürülə bilərdi. Lakin dünən keçirilən aksiyada karantin rejiminin qaydaları gözlənilmirdi, heç bir iştirakçıda maska yox idi və sosial məsafə də gözlənilmirdi. O şəraitdə yoluxmanın hansı səviyyədə olacağı hələ məlum deyil. Ola bilsin təxminən 5-6 gün sonra biz ciddi yoluxma ilə qarşı-qarşıya qala bilək".

Median.Az
xəbər verir ki, bu fikri ölkə.az-a açıqlamasında Milli Məclisin Əmək və sosail siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə indiyə qədər aparılan tədbirlərin nəticəsi olaraq, bu həftənin sonu karantin rejimi ləğv oluna bilərdi.

"Bu gözlənilirdi. İndiyə qədər aparılan tədbirlərə görə, bu həftənin sonunda karantin rejimi ləğv oluna bilərdi. Lakin baş verən hadisələr bu vəziyyətə öz mənfi təsirini göstərə bilər. Dünənə kimi olunan tədbirlər nəticəsində yoluxmada müəyyən stabilləşmə müşahidə olunurdu. Sağalanlarla yoluxanların sayı bir-birinə çox yaxın idi, bu da müsbət bir göstərici idi. Bununla bəlkə də ciddi karantin rejimi bitəcəkdi. Lakin dünənki hadisələrdən sonra yoluxmanın artacağı və ya azalacağı haqqında proqnoz vermək çox çətindir".

Komitə sədri onu da bildirib ki, yay fəslində insanlar istirahət etməli və immun sistemlərini gücləndirməlidirlər:
"Başa düşürük yay fəslidir, insanlar istirahət etməlidirlər. İnsan orqanizmi günəş şüalarından D və E vitamini qəbul etməlidir. Dənizə getməlidirlər, immun sistemləri güclənməlidir. Çünki bizi qarşıda soyuq fəsillər gözləyir. Bunun üçün bizim 2 aylıq qısa bir zamanımız var. Odur ki, mən də vəziyyəti nəzərə alaraq sizin redaksiyanız vasitəsi insanları karantin rejiminin tövsiyyələrinə əməl edib, maskalardan istifadə etməyi və sosial məsafəni gözləməyə çağırıram. Bir yerə toplu şəkildə toplaşmaq qəti qadağandır. Başa düşürəm dünənki aksiya insanların vətən, Qarabağ sevgisindən irəli gəlmişdir. Bu aksiya həm də Ali Baş Komandan İlham Əliyevə dəstək məqsədi daşıyırdı. Ancaq koronavirus pandemiyasını da nəzərdən qaçıra bilmərik",- deyə millət vəkili qeyd edib.

Son xəbərlər