Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Sərt karantin günlərində Bakıda məşhur restoranda qonaqlıq baha başa gəldi - VİDEO

04.07.2020 13:40 4 369
Sərt karantin günlərində Bakıda məşhur restoranda qonaqlıq baha başa gəldi - VİDEO
Bakıda karantin rejimini pozan daha bir restoran aşkarlanıb.

“Real” TV xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumatı yoxlamaq üçün getdikləri “Kaktus” restoranında qonaqlıqla qarşılaşıblar.

Məlum olub ki, restoranın sahibi Cavad Cavadov karantin qadağalarına məhəl qoymadan yeyib-içən dostlarını yanına dəvət edib. Əvvəlcə çay qonaqlığı ilə başlayan məclisə yenicə yeməklər gəlirmiş ki, polis əməkdaşları qonaqlığı yarımçıq qoyublar.

Restoran sahibi bir müddət dostlarından ayrı qala bilər. Çünki onun barəsində materiallar inzibati cəza təyin edilməsi üçün məhkəməyə göndərilib və onun əməli inzibati həbslə də cəzalandırıla bilər.

Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır.


Son xəbərlər