Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Samuxda yerin dərinliyindən çıxan ilıq möcüzə - VİDEO

03.07.2020 13:32 4 181
Samuxda yerin dərinliyindən çıxan ilıq möcüzə - VİDEO
Bura el arasında Sərkar və ya Sarvan bulağı kimi tanınır. Artıq uzun illərdir ki, Samux rayonunun kiçik bir kəndindən çıxan bu su Qərb bölgəsində olduqca məşhurdur.

Buna səbəb suyun müalicəvi xarakterli olmasıdır. Azərbaycanın unikal təbii sərvətlərindən sayılan Sarvan suyu mədə, böyrək və digər xəstəliklərin müalicəsində əhəmiyyətli dərəcədə effektivdir.

Bu suyun ən önəmli özəlliklərindən biri də soyuq olmamasıdır. İllərdir, Gəncə və ətraf rayonların sakinləri bu sudan istifadə etmək üçün Sərkar kəndinə gəlirlər.

Yerin altından çıxan möcüzəvi suyun tarixi İkinci Dünya Müharibəsindən sonrakı illərə təsadüf edir. O zamanlar bu ərazi geoloqların marağını cəlb edib. Sovet geoloqları burada neft çıxarmaq ümidilə axtarış və qazıntılara başlayıb. Ancaq torpağın dərin qatlarından “qara qızıl” əvəzinə ilıq su qaynayıb.

Məhz o illərdən dövrümüzə qədər dayanmadan axan bu su uzun müddət ehsan kimi insanlara paylanılıb. 1998-ci ildə isə burada bulaq yaradılıb.

Hazırda gün ərzində bulaq suyundan minə yaxın sakin istifadə edir.

Əhali bulaqdan suyu doldurub Gəncədən kənarda yerləşən rayonlara da apararaq istifadə edir.

Daha ətraflı Baku TV-nin süjetində:


Son xəbərlər