Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 150 kiloqram kəsilmiş at əti aşkarlandı - VİDEO

03.07.2020 12:59 2 464
Bakıda 150 kiloqram kəsilmiş at əti aşkarlandı - VİDEO
Bakının Qaradağ rayonunda atların kəsimi ilə məşğul olan şəxsin qanunsuz əməlinin qarşısı alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lökbatan massivində yerləşən fermalardan birinin həyətində atların kəsilməsi ilə məşğul olan şəxsi ifşa edib.

Agentliyin Bakı Regional Şöbəsinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları fermaya baxış keçirib. Axtarış zamanı müəyyən edilib ki, 38 yaşlı Babayev Füzuli Hidayət oğlu uzun müddətdir, atları burada saxlamaqla qanunsuz olaraq antisanitar şəraitdə onların kəsimi ilə məşğul olub.

Qurum əməkdaşları kəsim üçün saxlanılan beş atı və kəsilərək hazır vəziyyətə gətirilən 150 kiloqrama yaxın at ətini müsadirə ediblər. Eyni zamanda, fermanın xüsusi olaraq hazırlanmış otaqlarından kəsilmiş atlara məxsus içalatlar da aşkarlanıb.

AQTA-nın Bakı Regional Şöbəsinin rəis müavini Elxan Əhmədov bildirib ki, artıq ətlərdən nümunələr götürülərək, ekspertizaya göndərilib. Qurum rəsmisinin sözlərinə görə, bu cür halların qarşısını almaq üçün reydlər davam etdiriləcək.


Son xəbərlər