Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |    

Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

“Sumqayıtda artıq fəaliyyətə başlayan modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirilib. Onlar orta ağırlıq dərəcəsində olan xəstələrdir”.

Bunu Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib.

S.Sadıxova bildirib ki, oksigen dəstəyinə ehtiyacı olan xəstələr isə Sumqayıt pandemiya xəstəxanasının əsas korpusunda müalicələrini davam etdirirlər:

“Nəzarət 2 saylı şəhər xəstəxanasının rəhbərliyinə həvalə edilib. Burada üç növbəli sistem qurulub və 35 tibb personalından ibarət işçi heyəti var”.

Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən modul tipli xəstəxana üç bölmədən, 100 palatadan ibarətdir və 200 çarpayılıqdır.

Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 786 30.06.20 12:38