Azərbaycan-İran sərhədində atışma: Ölən var » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |     11:40 “ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?  |     11:40 “iPhone”larda oyunlarla bağlı yenilik  |     11:38 Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO  |     11:37 Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA - VİDEO  |     11:37 Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO  |     11:36 Gəncədə qəza: Üç nəfər yaralanıb  |     11:34 Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI - VİDEO  |     11:32 Dələduzlara aldanmayın: Asan yolla qazanc əldə etmək istədi, böyük məbləğdə pulunu İTİRDİ - VİDEO  |     11:26 “Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO  |     11:24 Azərbaycanlı şoumen VƏFAT ETDİ  |     11:22 Bakıda Türkiyə vətəndaşı ölüb  |     23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |    

Azərbaycan-İran sərhədində atışma: Ölən var

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən verilən mlumata görə, 17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub.

Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­zi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açıl­ıb. Lakin sərhəd pozucuları əmrə tabe ol­mayıb, sər­həd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri güllə ya­rası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qaranlıq olma­sından istifadə edə­rək geri qaçıb və İİR sərhəd­çi­ləri tərəfindən öz ərazi­lərində saxlanılıblar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 216 18.06.20 16:35