Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI » Median.Az - Bütün xəbərlər bir ünvanda
10:55 Metronun "20 Yanvar" stansiyası istiqamətində QƏZA: Sıxlıq yarandı  |     10:42 İmişlidə ferma yandı  |     23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |    

Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI

İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf açarla açılıb.

İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.

Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən “İl” marketdə ticarət mərkəzində mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən naməlum şəxslərin mağazanın seyfindən 40 498 manat oğurladıqları məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 617 02.06.20 14:49