On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ürək sağlamlığı üçün gündə nə qədər şokolad yemək lazımdır?  |     22:52 Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu  |     22:44 Azərbaycanda məşhur otel adını dəyişdirir  |     22:38 Gəncə-Moskva aviareysi təxirə salınıb  |     22:31 "Formula 1": "Red Bull" Kristian Hornerlə yollarını ayırıb  |     22:25 Abşeronda axtarışda olan 35 nəfər saxlanılıb  |     22:20 XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk  |     22:11 "Kəpəz" müdafiəçisi ilə vidalaşıb  |     22:06 Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir  |     22:00 Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb  |     21:54 "Çelsi" klublararası dünya çempionatında 110 milyon dollar qazanıb  |     21:45 Honq-Konqda tikinti işləri zamanı 19-cu əsrə aid artilleriya silahı aşkarlanıb  |     21:39 Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb  |     21:18 Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü  |     21:12 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə 4 saat işıq olmayacaq  |     20:58 Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     20:51 1 dollar 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA  |     20:48 Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri deportasiya edilir  |     20:31 İstanbulda məşhur hotellər söküləcək  |     19:54 Tələbələrin köçürülməsi prosesinə start verildi  |    

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri onun qeyd-şərtsiz günahsız olduğunu bəyan ediblər.

Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə qonşuluqda təşkil olunan toy şənliyi zamanı yoxa çıxmışdı. Bu ilin yanvarın 6-da onun öldürüldüyü və yaşadığı evin yaxınlığında yandırıldığı məlum oldu. İ.Süleymanov qızın meyiti haqqında qonşulara və polisə məlumat verən ilk şəxs olmuşdu. Daha sonra o həmin cinayətdə şübhəli bilindi və iki maddə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 (qəsdən adam öldürmə) və 145 (qanunsuz həbs) ilə ittiham edildi.

Xüsusilə vəkil Murtuzəli Abbasov oxu.az-a deyib ki, müdafiə etdiyi şəxsin cinayətlə əlaqəsi yoxdur, yəni təqsirləndirilən şəxsin etirafı istintaq tərəfindən təzyiq altında alınıb.

“Təbii ki, istintaqla razılaşmırıq, ancaq istintaqın məxfiliyinin açıqlanmaması haqqında akt imzaladığımız üçün təfərrüatları açıqlaya bilmərik” – deyə vəkil bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 780 01.06.20 20:03