Mojo.az Banner
21:40 Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara DİN-dən reaksiya  |     21:20 Ağdamdakı cinayətin ŞOK təfərrüatı  |     21:11 Filippində bərə qəzasında ölənlərin sayı 36-ya çatdı  |     20:56 Goranboyda şagirdi döyən direktora cinayət işi açıldı  |     20:46 Azərbaycan incəsənətinə ağır itki:Xalq rəssamının qızı VƏFAT ETDİ  |     20:29 İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?  |     20:18 Sumqayıtda toyda faciə: 49 yaşlı kişi rəqs edərkən öldü  |     19:56 Çörəksiz bir ay - Bədəninizdə nə baş verir?  |     19:39 Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı - Səbəb  |     19:27 Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub  |     19:17 Rusiyada azərbaycanlının 2 milyonluq evi ƏLİNDƏN ALINDI  |     19:09 Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı - QISQANCLIQ  |     19:05 Azərbaycanda əhalinin bank əmanətləri artıb - RƏQƏMLƏR  |     18:57 İranın bir neçə şəhərində partlayışlar oldu - Video  |     18:42 Azərbaycanda ekstern imtahanları keçirildi  |     18:30 Həkim-xəstə qarşıdurması: Günahkar kimdir?  |     18:22 Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb  |     18:07 "Kəpəz" "Şamaxı"ya uduzdu  |     18:00 Bu yollarda duman olacaq  |     17:34 "NexTrack" şirkəti müqaviləsiz işçi çalışdırıb - 20 min cərimə  |    
Left Banner
Right Banner

Zelenski İlham Əliyevə məktub göndərdi

27.05.2020 18:12 2 552
Zelenski İlham Əliyevə məktub göndərdi
Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim.

Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm.

Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzu edirəm”.скачать dle 11.3