Mojo.az Banner
19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |     18:49 Azərbaycan XİN Kanadaya başsağlığı verdi  |     18:34 Pezeşkian Azərbaycana təşəkkür etdi  |     18:17 Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?  |     18:02 Rusiya vətəndaşları Azərbaycanda nə üçün kütləvi mənzil alırlar? - Video  |     17:51 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:45 Zabratda evdə yıxılan qadın öldü  |     17:44 Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu (FOTO)  |     17:30 İcra başçısının müavini işdən çıxdı  |     17:29 Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğın  |     17:21 Şərurda qardaşı oğlunu çəkiclə öldürməkdə təsirləndirilən əmiyə hökm oxundu  |     17:07 "Nənəmin təndiri" CƏRİMƏLƏNDİ  |     16:38 AFFA iki komandaya texniki məğlubiyyət verib  |     16:23 "Papanin hospitalı"nın rəisi İŞDƏN ÇIXARILDI: Yerinə təyinat oldu  |     16:10 Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  |     16:08 Bakıda yaşayış binasındakı yanğında xəsarət alan olub?  |     16:07 Kimlər avara hesab olunur və onları nə qədər cərimə gözləyir? – HÜQUQİ İZAH  |     14:40 DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi  |    
Left Banner
Right Banner

Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO

22.05.2020 15:52 1 861
Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO
Karantin rejimi qaydalarına əməl etməyərək, müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən - paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi "Bulaq” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib.

Obyektdə olan səkkiz nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslər tibbi maskalarla təmin edilib.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələnib.







скачать dle 11.3