Mojo.az Banner
11:44 Quba-Qusar yolunda son vəziyyət NECƏDİR? (Video)  |     11:42 Zəfər yolu qardan təmizlənir (Video)  |     11:29 Gümüş bazarında tarixi rekord: 2026-cı ilin mart tədarükləri psixoloji həddi aşdı  |     11:16 Ağsudakı tikinti obyektindən naqil oğurlayan keçmiş işçi yaxalandı  |     23:01 Eldar İsmayılovun cinayət işinə xitam verildi  |     22:54 Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? - DETALLAR  |     22:49 Yuri Qaqarinlə görüşən azərbaycanlı qadın: "O mənə medal da verdi" (Video)  |     22:41 Tbilisi prospektində maşın yanır - Video  |     22:36 Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...  |     22:30 Taksilər hansı yanacaqdan istifadə edir? - SAY AÇIQLANDI  |     22:22 Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - Video  |     22:17 Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi  |     22:08 Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı  |     22:03 "Youtube" tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək (Video)  |     21:55 Şəmkirdə Türkmənistan vətəndaşı bıçaqlanıb  |     21:49 Bu səhnəyə görə “ARB”yə qadağa qoyuldu - Video  |     21:44 Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     21:36 X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı  |     21:31 BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb  |     21:23 Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir  |    
Left Banner
Right Banner

Azərbaycandan 43 nəfər dəniz yolu ilə Qazaxıstana yola salındı

20.05.2020 13:52 2 621
Azərbaycandan 43 nəfər dəniz yolu ilə Qazaxıstana yola salındı
Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan yeddi Azərbaycan, bir Rusiya vətəndaşı dəniz yolu ilə Qazaxıstana yola salınıb.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsi ilə 19 may, saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.скачать dle 11.3