Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada daha 4 azərbaycanlı koronavirusa yoluxdu

18.05.2020 19:15 1 852
Almaniyada daha 4 azərbaycanlı koronavirusa yoluxdu
Almaniyada qaçqın yataqxasında məskunlaşan 4 Azərbaycan vətəndaşının koronavirus (COVID-19) test nəticələri pozitiv çıxıb.

Ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərinin Sankt Aqustin bölgəsində yerləşən və təxminən 500-ə yaxın sığınacaq axtaranın məskunlaşdığı yataqxanada yaşayanların koronavirusla bağlı verdikləri testin nəticələri açıqlanıb.

Məlum olub ki, yüngül və ağır olmaqla iki qrupda dərəcələndirilən 116 nəfərin test nəticələri pozitiv çıxıb. Sözügedən yataqxanada məskunalaşan həmvətənlərimizdən biri "Report”a bildirib ki, koronavirusa yoluxanlardan 4-ü Azərbaycan vətəndaşlarıdır:

"Onsuz da bu haym (yataqxana - almanca) həbsxana kimi yerdir. Sosial məsafənin və digər izolasiya tədbirlərinə əməl etmək mümkünsüzdür. Həkimlər haymın tibb mərkəzində hamıdan bir-bir test nümunələri götürdülər. Bu gün də yataqxananın mühafizəçiləri kimdə koronavirus çıxmışdısa, onlara anlaizlərinin nəticəsini məktubda verdi. Sonra yataqxananın qarşısında 5-6 təcili yardım maşını peyda oldu. Daha ağır xəstələri Bonn və Köln şəhərindəki xəstəxanalara apardılar. Digərlərini isə haymın bir korpusuna yığdılar. Onları orada xüsusi nəzarət altında saxlayacaqlar. Təəssüflər olsun ki, koronavirusa yoluxanlar arasında 4 azərbaycanlı da var. Onlardan ikisinin familiyası eynidir. Xəstələr haqqında şəxsi məlumatlar gizli saxlanılır deyə, onların ər-arvad və ya başqa qohumluq əlaqələrinin olduğu barədə məlumat verilmir”.

Yataqxananı işlədən "ORS Deutschland GmbH”ın sözçüsü Lutz Hahn isə bildirib ki, virus bir nəfər vasitəsi ilə yayılıb:

"Virusdan qorunmaq və gigeyinik qaydalara əməl edilməsi ilə bağlı broşürlər hazırlayıb paylamışıq. Eyni zamanda 11 dildə videoçarx hazırlayıb, yataqxana sakinlərinə izlətmişik. Lakin nəzərə alaq ki, bura həbsxana deyil. İnsanları olduqca sərt qadağalar altında saxlamaq qeyri-mümkündür. Hər kəs məsuliyyətli olmalıdır”.

Almaniyada infeksion xəstəlikləri araşdıran Robert Kox İnsitutundan isə bildirilib ki, hazırda ölkədə 12 200 aktiv koronavirus daşıyıcısı var.

///Report

Son xəbərlər