Mojo.az Banner
22:41 Tbilisi prospektində maşın yanır - Video  |     22:36 Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...  |     22:30 Taksilər hansı yanacaqdan istifadə edir? - SAY AÇIQLANDI  |     22:22 Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - Video  |     22:17 Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi  |     22:08 Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı  |     22:03 "Youtube" tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək (Video)  |     21:55 Şəmkirdə Türkmənistan vətəndaşı bıçaqlanıb  |     21:49 Bu səhnəyə görə “ARB”yə qadağa qoyuldu - Video  |     21:44 Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     21:36 X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı  |     21:31 BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb  |     21:23 Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir  |     21:15 Ərinin qətlini sifariş verən qadına və tanışlarına hökm oxundu  |     21:10 Adnan Əhmədzadə yenə həbsdə qaldı  |     21:03 Bu yolda sürət həddi endirildi  |     20:58 Cəlilabadda avtomobil piyadanı vurdu  |     20:42 Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     20:37 Sabah Naxçıvanın bəzi yerlərində işıq kəsiləcək  |     20:17 Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir  |    
Left Banner
Right Banner

Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA

14.05.2020 22:10 2 573
Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA
Azərbaycanda 33 məhbusda yeni növ koronavirusa (COVID-19) yoluxma aşkar edilib. Bununla bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsi də daxil olmaqla, həbsxanalardakı işçilərdən və məhkumlardan testlər götürülüb.

“Məhkumlar dərhal Penitensiar Xidmətin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib, onların müalicəsi üçün tədbirlər görülür, hazırda həkimlərin nəzarətindədirlər”, - deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Media.Az-a bildirib.

Onun sözlərinə görə, epidemiyanın yayılması kontekstində məhkumlarla qohumları arasında görüşlər qadağandır. Video görüşlərə gəlincə, bunlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayıb.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, Penitensiar və tibbi xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.

Penitensiar Xidmətin nümayəndəsi COVİD-19-un cəzaçəkmə müəssisələrində necə yayılması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

Bununla belə, o, həbsxanalarda pandemiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiya və digər profilaktik tədbirlərin davam etdiyini vurğulayıb.

“Hər gün məhkumların temperaturu ölçülür. Əgər onlardan biri özünü pis hiss edirsə, narahatdırsa və ya xəstəliyin hər hansı ilkin əlamətləri varsa, o, dərhal təcrid olunur və müalicəyə göndərilir”, - deyə M.Sadıqov bildirib.

O, məhkumların adi həyatlarına davam etdiyini, yalnız görüş və bağlama qəbulunun məhdudlaşdırıldığını vurğulayıb.

M.Sadıqov bununla belə, gəzməyə icazə verildiyini qeyd edib.

“Məhkumlara pul ötürülməsinə gəldikdə, hər bir məhkumun öz bank hesabı var, buradan müəyyən məbləğ köçürmək mümkündür. Sonradan onlar bunu hər bir müəssisədə olan köşklərdə xərcləyə bilərlər. Məsələn, zəruri ehtiyaclarını ala bilərlər”, - deyə Mehman Sadıqov sözlərini yekunlaşdırıb.скачать dle 11.3