Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər koronavirusdan ölüm ehtimalını hesablayan kalkulyator hazırladı

11.05.2020 21:06 2 398
Alimlər koronavirusdan ölüm ehtimalını hesablayan kalkulyator hazırladı
Polşalı tədqiqatçılar koronavirusa yoluxma zamanı xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını hesablamağa imkan verən proqram hazırlayıblar.

Bu barədə NTV məlumat yayıb.

Sözügedən proqramın – kalkulyatorun hazırlanmasında həkimlər, epidemioloqlar, riyaziyyatçılar və proqramçılar iştirak edib. Yaradılan proqram insanın yaşını və cinsini, həmçinin, dörd əsas xroniki xəstəlik barədə informasiyanı əsas götürür.

“Koronavirusdan ölüm riski əksər hallarda həyat tərzindən və bununla əlaqədar xəstəliklərdən, o cümlədən, piylənmə, diabet, hipertoniya və bunların yaratdığı fəsadlardan asılı olur.

Son tədqiqatlar sübut edir ki, heç bir xroniki xəstəliyi olmayan şəxslərin COVID-19-la bağlı ölüm ehtimalı bir faizdən azdır”, - kalkulyatoru hazırlayan tibb elmləri doktoru Pyotr Bandoş bildirib.

Son xəbərlər