Bakıda yaşlı qadına kömək üçün yaxınlaşdı, sonra quldurluq etdi - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |    

Bakıda yaşlı qadına kömək üçün yaxınlaşdı, sonra quldurluq etdi - MƏHKƏMƏ

Bakıda yaşlı qadına qarşı quldurluq edən Mirzə Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş üzrə toplanan materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Ramin Xəlilovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu ildə Nəsimi rayonundakı marketlərdən birindən çıxan qadına əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın M.Əliyevə su gətirmək üçün mətbəxə keçib.

Bu zaman M.Əliyev xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq, hadisə yerindən qaçıb. Sonuncu dəfə isə Mirzə Əliyev qadını bankomatdan pul çıxaran zaman görüb və təqib edərək, binanın girişində ona hücum edib.

Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 134 05.05.20 16:18