Mojo.az Banner
13:10 Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?  |     13:01 Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı  |     12:59 "TikTok"da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi  |     12:50 Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR  |     12:46 Bakıda 64 yaşlı kişi boğulub öldü  |     12:45 Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək  |     12:44 Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     12:43 "Arsenal"ın oyunu təxirə salınacaq  |     12:27 Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi  |     12:00 DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA  |     11:54 Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi  |     11:48 Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı  |     11:47 İtkin kimi axtarılan gənc tapılıb  |     11:17 Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü  |     23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |    
Left Banner
Right Banner

Bakıda qadın narkotacir saxlanılıb

04.05.2020 15:25 2 741
Bakıda qadın narkotacir saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, paytaxtda yaşayan Ağaməmməd Bayramov (2000-ci il təvəllüdlü) və Gəncə şəhər sakini Məhəmməd Həbibov (1996-cı il təvəllüdlü) tutulublar. A.Bayramovdan 0,25 qram heroin, M.Həbibovdan isə metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, onlara narkotik vasitələri və psixotrop maddələri Lənkəran rayon sakini, 1969-cu il təvəllüdlü Kübra Həsənova satıb.

Növbəti əməliyyatla isə qadın narkotacir saxlanılıb, onun üzərində olan heroin götürülüb.

Ötən gün paytaxtda Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 11 cinayət faktı qeydə alıblar.

Xatırladaq ki, mayın 3-də Binəqədi rayonunda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Biləcəri qəsəbəsində polis əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Q.Ağababayev (1974-cü il təvəllüdlü) saxlanılıb, ondan çəkisi 10 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.скачать dle 11.3