İlham Əliyev tanınmış professorun vəfatı ilə bağlı nekroloq imzaladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

İlham Əliyev tanınmış professorun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, başsağlığı mətnində deyilir:

“Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də ömrünün 89-cu ilində vəfat etmişdir.

Abuzər Xələfov 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olmuşdur. O, Göyçə mahalının Toxluca kəndində orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Abuzər Xələfov bütün sonrakı taleyini bu təhsil ocağı ilə bağlayaraq, burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixi mövzusunda namizədlik və 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Respublikamızda ali təhsilli kitabxanaçı-biblioqraf və kitabxanaçı kadrların hazırlığını həyata keçirən fakültənin yaradılmasında Abuzər Xələfovun əvəzsiz xidmətləri vardır. Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və o, fakültənin ilk dekanı seçilmişdir. Abuzər Xələfov 1962–1970-ci və 1980–1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda, 1963-cü ildən 2016-cı ilədək uzun dövr ərzində universitetin kitabxanaşünaslıq kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərmişdir.

Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf yolu professor Abuzər Xələfovun kitabxana-informasiya fəaliyyəti üçün elmi-təcrübi əhəmiyyətə malik tədqiqatlarında başlıca yer tutmuşdur. Alim ölkəmizdə kitabxana işi quruculuğunun müxtəlif problemlərindən bəhs edən çoxsaylı araşdırmaları ilə bu sahənin elmi əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Onun kitabxanaşünaslıq sahələrinin formalaşması, həmçinin geniş profilli kitabxana işçilərinin hazırlanması ilə bağlı fikir və mülahizələri bu istiqamətdə məsələlərin optimal həllinə töhfə olmuşdur.

Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.

Professor Abuzər Xələfovun zəngin pedaqoji-elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilmişdir.

Nüfuzlu pedaqoq və alim, səmimi insan Abuzər Alı oğlu Xələfovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ceyhun Bayramov

Elçin Babayev

Anar İsgəndərov

İzzət Rüstəmov

Kərim Tahirov”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 431 27.04.20 17:16