Mojo.az Banner
20:02 Etirazçılar Berlin səfirliyindəki İran bayrağını endirdilər  |     19:30 "Crocus"dakı terror aktına hazırlıqlar necə həyata keçirilib? - İstintaqın rəsmi açıqlaması  |     19:23 Əminağa Sadıqov niyə professor adından məhrum edilib? - RƏSMİ  |     19:16 Yaşa görə PENSİYA: Nazir artımları AÇIQLADI -VİDEO  |     19:09 Bakıda 7 rayonda söküntü işləri aparılacaq  |     19:01 Nərgizxanım yeni sədr müavini TƏYİN OLUNDU  |     18:53 REGİON ALOVLANIR: ABŞ qırıcıları İran səmasında  |     18:46 Zümrüd Vəliyevaya yüksək vəzifə verildi  |     18:40 Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək  |     18:33 Dövlət qurumlarında vakansiyalar üzrə daxili müsahibələrin vaxtı MƏLUM OLDU  |     18:27 Qızıl görünməmiş sürətlə bahalaşır  |     18:20 Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq  |     18:09 “Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi  |     17:56 Şahin Bağırov polkovnikin iş yerini dəyişdi  |     17:54 İranın yük gəmisi Xəzər dənizində QƏZAYA UĞRADI  |     17:42 Hikmət Hacıyev Yuri Qusevlə görüşüb  |     17:08 Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər  |     16:48 Bakıda ana QIZINI BIÇAQLADI  |     16:44 Azərbaycan dörd ermənini İrəvana verdi  |     16:25 Gənc oğlan tanışları ilə birgə qardaşı arvadının görüşünə gələn şəxsi döyərək xəsarət yetirdi  |    
Left Banner
Right Banner

Azərbaycanda bu şəxslərə 75 faiz vergi güzəşti olacaq - RƏSMİ

22.04.2020 13:12 1 679
Azərbaycanda bu şəxslərə 75 faiz vergi güzəşti olacaq - RƏSMİ
Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvardan etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklərlə bağlı hazırlanan layihədə qeyd edilib.

Sənəddə bildirilib ki, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.


Fəaliyyət ərazisindən asılı olaraq əmsallar tətbiq edilir.
скачать dle 11.3