11:06 DYP-dən yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     11:00 Bakıda 11-ci sinif şagirdləri arasında davada qan töküldü  |     18:38 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:22 Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)  |     18:15 Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin DETALLARI  |     18:08 Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? - FOTO  |     17:50 Azərbaycanda Şahin ovlayan tutuldu  |     17:40 Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı  |     16:45 Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı  |     16:32 Keçmiş məhkum Xəzər dənizində saxlanıldı  |     16:14 Agentlik sədri: "Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək"  |     16:02 DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu  |     15:31 Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü  |     13:49 Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi  |     13:46 İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü  |     13:27 Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR  |     12:13 Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ  |     12:05 Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO  |     11:56 Leyla Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisindən paylaşım etdi - Video  |     11:41 Saakaşvili: "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu"  |    

500-dən çox Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb

500-dən çox Azərbaycan vətəndaşı Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Qazmalar” beynəlxalq gömrük-keçid məntəqəsindən keçərək vətənə qayıdıb.

Bu barədə TASS Məhərrəmkənd rayon administrasiyasının mətbuat xidmətinə istinadla məlumat verib.

“Rusiya-Azərbaycan sərhədində hər iki tərəfin razılığı ilə xüsusi dəhliz təşkil edilib. Beləliklə də, 548 nəfər Azərbaycan vətəndaşı vətəninə qayıda bilib. Bu şəxslər koronavirusla əlaqədar Rusiya Federasiyası ərazisini vaxtında tərk edə bilməyən və bizim rayonun ərazisində yerləşdirilənlərdir. Hazırda sərhəd bağlıdır, giriş-çıxışa icazə verilmir”, - deyə mətbuat xidmətindən bildirilib.

O da vurğulanıb ki, Rusiyanın müxtəlif bölgələrindən olan Azərbaycan vətəndaşları aprelin əvvəlindən etibarən sərhəd Məhərrəmkənd rayonuna beynəlxalq "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsinə gəlməyə başlayıblar.

Xatırladaq ki, Rusiya hökuməti koronavirus infeksiyası ilə bağlı tədbirlər çərçivəsində martın 30-dan dövlət sərhəd keçidindən giriş-çıxışı məhdudlaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 065 22.04.20 12:59