11:06 DYP-dən yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     11:00 Bakıda 11-ci sinif şagirdləri arasında davada qan töküldü  |     18:38 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:22 Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)  |     18:15 Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin DETALLARI  |     18:08 Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? - FOTO  |     17:50 Azərbaycanda Şahin ovlayan tutuldu  |     17:40 Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı  |     16:45 Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı  |     16:32 Keçmiş məhkum Xəzər dənizində saxlanıldı  |     16:14 Agentlik sədri: "Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək"  |     16:02 DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu  |     15:31 Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü  |     13:49 Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi  |     13:46 İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü  |     13:27 Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR  |     12:13 Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ  |     12:05 Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO  |     11:56 Leyla Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisindən paylaşım etdi - Video  |     11:41 Saakaşvili: "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu"  |    

Narkotacir “Baba” Siyəzəndə tutuldu - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddə satmaq məqsədilə karantin qaydalarını pozaraq, rayon ərazisində hərəkət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş Musa Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsilə saxlanılaraq, polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, iki ədəd bıçaq, eləcə də, nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsusluğunu və rayon ərazisində onların satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 732 22.04.20 12:11