11:00 Bakıda 11-ci sinif şagirdləri arasında davada qan töküldü  |     18:38 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:22 Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)  |     18:15 Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin DETALLARI  |     18:08 Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? - FOTO  |     17:50 Azərbaycanda Şahin ovlayan tutuldu  |     17:40 Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı  |     16:45 Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı  |     16:32 Keçmiş məhkum Xəzər dənizində saxlanıldı  |     16:14 Agentlik sədri: "Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək"  |     16:02 DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu  |     15:31 Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü  |     13:49 Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi  |     13:46 İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü  |     13:27 Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR  |     12:13 Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ  |     12:05 Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO  |     11:56 Leyla Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisindən paylaşım etdi - Video  |     11:41 Saakaşvili: "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu"  |     11:38 Bakıda silahlı insident: İki nəfər güllələndi  |    

Artıq şirkət əməkdaşları icazə ilə bağlı bildiriş alacaqlar

“Dünəndən “icaze.gov.az” saytında yeni xidmət yaradılıb”

Median.Az
xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, bəzən təşkilatlar icazələri portala daxil etdikdən, yaxud icazəni dayandırandan sonra bu barədə əməkdaşlarına məlumat vermirdilər:

“Bu isə ona gətirib çıxardı ki, vətəndaş icazəsinin olmadığını postda saxlanılarkən bilirdi və cərimələnirdi. Belə halların yaranmaması üçün dünəndən “icaze.gov.az”ı “my.gov.az” portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı bildiriş alırlar. Yəni, “şəxsi kabinet”lərinə daxil olaraq öz icazələrinə baxa bilirlər".

"Hətta həmin icazəni yükləyə bilərlər. İcazənin üstündə barkod və QR-kod imkanları da yaradılıb. Yəqin ki, sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həmin QR-kodların xüsusi cihazlar vasitəsilə oxunması ilə postları daha sürətli keçməsi təmin olunacaq”, - deyə F.Cəfərov bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 161 21.04.20 22:30