Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

07.04.2020 21:04 4 171
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
Aprelin 7-dək 150 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb.

Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək.

Qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində bu gün axşam saatlarında işlər aparılacaq və bununla əlaqədar olaraq, portalda qeydiyyat prosesi müvəqqəti dayandırılacaq. Komplektləşdirmə yekunlaşdırıldıqdan sonra şagirdlərin qeydiyyatına yenidən başlanılacaq.

Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

"Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, növbəti mərhələdə müəllimlərin portalda qeydiyyat imkanının təşkili nəzərdə tutulur.

"Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən istifadəçilər virtual.edu.az saytındakı müvafiq təlimatlarla tanış ola bilərlər

Son xəbərlər