Mojo.az Banner
23:03 KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər  |     22:54 Gümrünün sabiq merinin həbs müddəti uzadıldı  |     22:48 Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar  |     22:40 Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi  |     22:29 Ağdamda traktorçu minaya düşdü  |     22:16 TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş  |     22:09 Bu şəxslər təltif edildi - SİYAHI  |     22:01 Vüqar Əhməd Elmlər Akademiyasına üzv seçildi  |     21:53 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     21:51 Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı - Tıxac yarandı  |     21:32 Türkiyəli müğənni Güllünün ölümündən sonra mirası bəlli oldu  |     21:23 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:15 Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır  |     21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |    
Left Banner
Right Banner

Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

20.06.2020 19:58 1 476
Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq
Şagirdlərin biliklərinin monitorinqi "Virtual məktəb"də aparılacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, monitorinq məqsədi ilə "Virtual məktəb" portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda "Teams> General" bölməsində müvafiq olaraq "Testlər" altbölməsinə daxil olmaq lazımdır.

Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək:

"Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik".скачать dle 11.3