Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |    

Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? - AÇIQLAMA

Sumqayıt şəhərinə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı fotolar paylaşılıb.

İddia edilir ki, şəhərin girişində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları avtomobilləri saxlayıb. Bu səbəbdən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərinə avtomobillərin giriş-çıxışının bağlanmasına dair yayılan məlumatlar əsassızdır:

“Nəqliyyat vasitələrinin Sumqayıt şəhərinə giriş-çıxışı ilə bağlı qadağa yoxdur. Bu məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, şəhərin Yol Polis İdarəsinin əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər edir.

Ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Belə bir vəziyyətdə avtomobil yollarında bu qədər nəqliyyatın olması doğru deyil. Əməkdaşlar bir neçə avtomobili saxlayaraq tövsiyə ediblər ki, zərurət olmadığı halda evdən çıxmasınlar. Müntəzəm olaraq bu istiqamətdə sürücülər və vətəndaşlarla profilaktik söhbətlər aparılır”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 195 30.03.20 19:35