Mojo.az Banner
22:58 Jalə Əhmədovaya vəzfə verildi  |     22:50 Həyatdan tez bezən BÜRCLƏR  |     22:41 Avqustda 7 saniyəyə 40 milyondan çox insan öləcək? - NASA-dan AÇIQLAMA  |     22:34 Göyərtidən benzin, limondan balıq dadı gəlir  |     22:27 Bakıda restoranda hesaba görə dava düşdü  |     22:12 Bakı-Quba yolunda qəza - Xəsarət alanlar var  |     22:00 “Başın qaçmasın” sözünə görə binanın arxasına aparıb, bıçaqladı— TƏFƏRRÜAT  |     21:40 Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar  |     21:30 Nazir onu vəzifəsindən azad etdi- FOTO  |     21:22 Şimali Koreyada İlk: Ölkə Liderinə Sui-qəsd  |     21:16 Qaz birdən kəsilir, birdən çox gəlir - Sumqayıtda təhlükəli vəziyyət  |     21:10 Yaponiya bayrağına bənzəyən yol nişanının mənası nədir?  |     21:01 1000-dən çox taksi sürücüsü imtahandan keçdi  |     20:54 Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü  |     20:47 Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi  |     20:40 Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb - YENİLƏNİB  |     20:34 131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib  |     20:26 Fevral ayı ilə bağlı xəbərdarlıq: Kəskin soyuqlar düşəcək, şaxta olacaq, qar yağacaq  |     20:19 Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto  |     20:12 Maqnit qasırğası olacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın tutuldu - FOTO

26.03.2020 17:56 2 312
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın tutuldu - FOTO
“WhatsApp”la koronavirus pandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, “WhatsApp” messencerinin istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olması ilə bağlı uydurma məlumatlar yayıb.

O, məlumatlarda Gürcüstanın Marneuli rayonundan Azərbaycana gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yaradıb.

Sözügedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla E.Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətiimkan tədbiri seçilib.



скачать dle 11.3