Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Qaçqınkom" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürdü

25.03.2020 20:30 2 483
Bəşəriyyət üçün böyük təhlükəyə çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə aparılan geniş miqyaslı mübarizə xalqımızın bu virusun ağır fəsadlarından etibarlı şəkildə qorunmasına yönəlib. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində əhalinin müxtəlif təbəqələrinin fəal iştirak etməsi ictimai həmrəyliyin və dövlət-vətəndaş birliyinin bariz nümayişidir.

Median.Az
report-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) əməkdaşları da koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyini təmin etmək məqsədi ilə bu həmrəylik aksiyasına qoşulublar.

Dövlət Komitəsi və MKSİF əməkdaşların biraylıq əmək haqqının 50 faizini təşkil edən 30 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Əhalinin ən həssas qurplarından olan məcburi köçkünlərlə işləyən komitə əməkdaşları əmindirlər ki, dövlətimizin qətiyyətli addımları, hökumətimizin məqsədyönlü tədbirləri, xalqımızın həmrəyliyi, hər bir vətəndaşımızın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu təhlükəli virusun geniş yayılmasının qarşısı qısa müddətdə alınacaq.

Son xəbərlər