Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Yay Olimpiya Oyunları təxirə salınmayacaq” - RƏSMİ

18.03.2020 19:05 2 254
“Yay Olimpiya Oyunları təxirə salınmayacaq” - RƏSMİ
Bu gün Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələri və Avropa ölkələrinin üzv Milli Olimpiya Komitələri ilə video konfrans keçirib.

Qərara görə Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq. Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda reallaşacaq.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa Olimpiya Komitələri və Avropa ölkələrinin üzv Milli Olimpiya Komitələrinin rəhbər şəxsləri ilə təşkil etdiyi video-konfransda bu fikirləri səsləndirib. Video-konfransda Olimpiya Hərəkatının COVİD 19-la bağlı tədbirlər planı müzakirə olunub.

MOK mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan spekulyasiyalar yolverilməzdir. Spekulyasiya beynəlxalq birjalarda Yaponiya höküməti səhmlərinin qiymətinin 16% enməsi ilə yanaşı başqa mənfi nəticələrə də yol açır.

Tomas Baxın sözlərinə görə, BOK Milli Olimpiya Komitələri və beynəlxalq idman federasiyaları ilə birgə Olimpiadanın keçirilməsi üçün mümkün bütün tədbirləri reallaşdırmaqda maraqlıdır. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların yarıdan çoxunun (57 %) təmin olunmasını xatırladan BOK rəsmisi, lisensiya yarışları təxirə salınan idman növləri üçün Olimpiya qanunlarına uyğun tədbirlər görülməsinin va ya əlavə kvota yerlərinin ayrılmasının mümkünlüyünü də bildirib.

Son xəbərlər