Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan gimanstı Marina Nekrasova finala vəsiqə qazandı

12.03.2020 19:21 2 935
Azərbaycan gimanstı Marina Nekrasova finala vəsiqə qazandı
Milli Gimnastika Arenasında idman gimnastikası FIG Dünya kubokunun ilk gününün nəticələri əsasında finalçılar məlum olub.

Median.Az
Trend-ə istinadən bildirir ki, kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarda hərəkətlərdə, qadınlar arasında isə dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda hərəkətlərdə finalçılar müəyyənləşib.

Sərbəst hərəkətlərdə finala Əbdülrəhman Mehdi Əlqamal (14.733 xal, Türkiyə), Kirill Prokopyev (14.733 xal, Rusiya), Milad Kərimi (14.666 xal, Qazaxıstan), Sunqhyun Ryu (14.433 xal, Cənubi Koreya), Kadzuki Minami (14.366 xal, Yaponiya), Dmitri Potanin (14.266 xal, Qazaxıstan), Heyden Skinner (14.233 xal, Böyük Britaniya) və Tomas Qonsales (14.166 xal, Çili) vəsiqə qazanıb.

Azərbaycan gimnastları Murad Ağarzayev (13.400 xal) və Ağamurad Qəhrəmanov (12.766 xal) müvafiq olaraq 19 və 23-cü yer tutaraq finala çıxa bilməyib.

Paralel qollarda hərəkətlərdə finala Hao Yu (15.000 xal, Çin), Vladislav Polyaşov (14.900 xal, Rusiya), Ferhat Arıcan (14.475 xal, Türkiyə), Fonq Than Din (14.400 xal, Vyetnam), Mixail Kudinov (14.300 xal, Yeni Zelandiya), Ahmet Önder (14.266 xal, Türkiyə), Milad Kərimi (14.200 xal, Qazaxıstan) və Taha Serhani (14.166 xal, İsveçrə) vəsiqə qazanıb.

Azərbaycan gimnastları Ağamurad Qəhrəmanov (10.700 xal) və Murad Ağarzayev (10.400 xal) müvafiq olaraq 29 və 31-ci yer tutaraq finala çıxa bilməyib.

Halqalarla hərəkətlərdə finala Elefterios Petrunias (15.100 xal, Yunanıstan), Yanq Lyu (15.000 xal, Çin), Sinyuy Lan (14.933 xal, Çin), Artur Zanetti (14.766 xal, Braziliya), Kortni Talloç (14.633 xal, Böyük Britaniya), İqor Radivilov (14.600 xal, Ukrayna), Əli Zəhran (14.433 xal, Misir) və Kiu Çunq Nq (14.133 xal, Honq konq) vəsiqə qazanıb.

Azərbaycan gimnastları Cavidan Babayev (13.433 xal) və İvan Tixonov (12.833 xal) müvafiq olaraq 15 və 20-ci yer tutaraq finala çıxa bilməyib.

Qadınlar arasında dayaqlı tullanmada finala Teja Belak (14.199 xal, Sloveniya), Kolin Devillard (14.150 xal, Fransa), Marina Nekrasova (14.133 xal, Azərbaycan), Sofi Marua (13.750 xal, Kanada), Tyasa Kisselef (13.683 xal, Sloveniya), Axtsiri Viridiana Sandoval Peres (13.550 xal, Meksika), Anastasiya Baçinskaya (13.499 xal, Ukrayna) və Tiyana Korent (13.300 xal, Xorvatiya) vəsiqə qazanıb.

Müxtəlif hündürlüklü qollarda hərəkətlərdə finala İlin Fan (15.133 xal, Çin), Anastasiya İlyankova (14.766 xal, Rusiya), Rebeka Andrade (14.233 xal, Braziliya), Darya Spiridonova (14.091 xal, Rusiya), Corciya-Rouz Braun (13.900 xal, Avstraliya), Anastasiya Baçinskaya (13.566 xal, Ukrayna), Keytlin Ruskrants (13.133 xal, CAR) və Angelina Radivilova (12.833 xal, Ukrayna) vəsiqə qazanıb.

Azərbaycan gimnastı Marina Nekrasova ilk günün yekununda finala vəsiqə qazanıb.

Son xəbərlər