Mojo.az Banner
13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |    
Mojo.az Avto
Mojo.az Avto

İki gimnastımız Avropa çempionatında finala vəsiqə qazandı

11.06.2021 22:50 2 580
İki gimnastımız Avropa çempionatında finala vəsiqə qazandı
Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Fərdi proqramda çıxış edən idmançılar təsnifat mərhələsini uğurla adlayıblar.

Ağamirova halqa ilə hərəkətlərdə 22.950, topla hərəkətlərdə 24.750, gürzlə hərəkətlərdə isə 25.000 xal toplayıb. O, lentlə hərəkətlərdəki çıxışına görə 21.100 xal alsa da, bu, iki gün ərzində 4 hərəkət arasında ən aşağı göstərici olduğundan hesaba alınmayıb. Buna baxmayaraq, 3 hərəkətin cəmində ümumilikdə 72.700 xal yığan gimnast 12-ci sıranı tutmaqla həlledici mərhələyə adlayıb.

Cəlilova isə təsnifat mərhələsini 20-ci yerdə başa vuraraq finala çıxıb. Hakimlər onun halqa (23.100), gürz (24.250) və lentlə (20.000) hərəkətlərdəki çıxışını ümumilikdə 67.350 xalla qiymətləndiriblər.

Final mərhələsinə ilk 24 pillənin sahibləri vəsiqə əldə ediblər.

Qeyd edək ki, Azərbaycanı qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan təmsil edirlər.скачать dle 11.3
Mojo.az Banner